Azərbaycan Fotoqraflar Birliyinə ofis verildi – Sabahdan BU BİNADA fəaliyyət göstərəcəklər

Azərbaycan Fotoqraflar Birliyinə ofis verildi – Sabahdan BU BİNADA fəaliyyət göstərəcəklər

Hazırda oxunan: Azərbaycan Fotoqraflar Birliyinə ofis verildi – Sabahdan BU BİNADA fəaliyyət göstərəcəklər

96671

“Azərbaycan Fotoqraflar Birliyinə nəhayət ki, ofislə təmin olunacaq”.

Bu informasiyanı Bizim.Media-ya verdiyi açıqlamada birliyin sədri Rauf Umudov söyləyib.

Rauf Umudovun sözlərinə görə Azərbaycan Fotoqraflar Birliyi 24 ildir ki, binasız şəraitdə fəaliyyət göstərir:

“Tarixdə ilk dəfə olaraq dövlət tərəfindən birliyimizə ofis veriləcək. Mən bununla əlaqədar olaraq “Azərbaycan Nəşriyyatı”nın rəhbərliyi ilə görüşüb mövcud vəziyyətimizi onlara izah etdim. Birliyimiz üçün nəşriyyat binasının üçüncü mərtəbəsində bir otaq ayırdılar. Hazırda orada təmir işləri görülür. Oktyabrın birindən etibarən birliyimizin ofisi “Azərbaycan Nəşriyyatı”nda yerləşəcək. Diqqət göstərən səlahiyyət sahiblərinə təşəkkürümüzü bildiririk. Düşünürəm ki, bu hadisə fotoqrafiya sənətimizin inkişafında yeni üfüqlər açacaq”.

Qeyd edək ki, Azərbaycan Fotoqraflar Birliyinin hazırda 70 üzvü var. Birliyə həm həvəskar, həm də profissional fotoqraflar üzv ola bilər.

Leyla Şah, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO