Rəhim Rəhimlinin ölüm səbəbi ilə bağlı TƏBİB-dən AÇIQLAMA

Rəhim Rəhimlinin ölüm səbəbi ilə bağlı TƏBİB-dən AÇIQLAMA

Hazırda oxunan: Rəhim Rəhimlinin ölüm səbəbi ilə bağlı TƏBİB-dən AÇIQLAMA

96636

Bəstəkar-müğənni Rəhim Rəhimli kəskin ağciyər, ürək çatışmazlığından vəfat edib.

Bizim.Media xəbər verir ki, bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili şöbəsinin müdiri Zamirə Ədilova bildirib.

Onun sözlərinə görə, Rəhim Rəhimlinin halının qəflətən pisləşməsi səbəbindən 30.09.2022-ci il tarixində saat 01:30 radələrində TƏBİB-in tabeliyindəki Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına çağırış daxil olub.
"Həkim briqadası tərəfindən ifaçıya zəruri tibbi yardımlar göstərilsə də, R.Rəhimli kəskin ağciyər, ürək çatışmazlığından vəfat edib. İfaçının bununla yanaşı, ağır xəstəlikləri - qaraciyər sirrozu və kardiomiopatiyası da olub".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO