Ukraynalı general II Fəxri Xiyabanda niyə dəfn edilib? – Aytəkin Alxaslı YAZIR

Ukraynalı general II Fəxri Xiyabanda niyə dəfn edilib? – Aytəkin Alxaslı YAZIR

Hazırda oxunan: Ukraynalı general II Fəxri Xiyabanda niyə dəfn edilib? – Aytəkin Alxaslı YAZIR

96621

Ötən gün 2-ci Fəxri Xiyabanda qəhrəman şəhidlərimizi ziyarət edərkən Azərbaycanın Milli Qəhrəmanı, general Polad Həşimovla bir sırada dəfn edilmiş əcnəbi soyadlı bir general da diqqətimi çəkdi. Vasyak Aleksandr Petroviç.

Düzü, bu ad mənə çox tanış olmasa da internet şəbəkələrində barəsində çox ətraflı məlumat əldə etdim.

Ukrayna əsilli general-mayor Vasyakın Azərbaycanın Birinci Qarabağ Müharibəsində cəbhənin müxtəlif istiqamətlərində fəal iştirak edib. Məlumata görə, hətta Ağdərə istiqamətində gedən döyüşlərdə şəxsən qatılıb. Birinci Qarabağ Müharibəsindən sonra Müdafiə Nazirliyinin Əməliyyat İdarəsinin rəisi işləyib, Hərbi Elmi Mərkəzdə məsul vəzifədə çalışıb. 

Ordudan tərxis olunduqdan sonra Ukraynada yaşayan Vasyakı Azərbaycanın Müdafiə naziri Zakir Həsənov Azərbaycana dəvət edib və onu Müdafiə Nazirliyinin Daxili Təhlükəsizlik İdarəsinin şöbə rəisi vəzifəsinə təyin edib.
Daha sonra yenidən ordudan tərxis olunan Vasyak Aleksandr Petroviç Rusiyanın Kaluqa şəhərinə ailəsinin yanına  gedib və ömrünün sonuna kimi orada yaşayıb. O, Azərbaycan Respublikası vətəndaşı idi.

2021-ci il noyabr ayının 20-də ağır xəstəlikdən vəfat edib. Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığı ilə Vasyakın cənazəsi  Azərbaycana gətirilib və Azərbaycan Silahlı Qüvvələrinin mərhum general-mayoru Aleksandr Vasyak 2-ci Fəxri Xiyabanda torpağa tapşırılıb. 
İkinci Fəxri Xiyabanda ziyarət zamanı Polad Həşimov başda olmaqla bütün şəhid hərbçilərimizlə yanaşı Vasyak Aleksandr Petroviçin də məzarını ehtiramla ziyarət  etdim. 

Ədalət uğrunda vuruşanları Allah da unutmur! Ruhu şad olsun!

Aytəkin Alxaslı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO