Azərbaycanda vəzifəli şəxsin təqsiri nəticəsində artıq ödənilmiş əmək pensiyası onun özündən tutulacaq.
Bizim.Media xəbər verir ki, bununla bağlı "Əmək pensiyaları haqqında" qanuna dəyişiklik edilir.
Dəyişikliklə qanuna yeni maddə əlavə olunur.
Yeni maddəyə əsasən, bu qanunun 39.1-ci və 39.1-1-ci maddələrinə əsasən artıq ödənilmiş əmək pensiyasının və əmək pensiyasına əlavənin məbləğinin əmək pensiyaçısından tutulduğu hallar istisna olmaqla, digər hallarda vəzifəli şəxsin təqsiri, yəni kobud ehtiyatsızlığı və ya qəsdi nəticəsində artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği həmin vəzifəli şəxsdən onun razılığı ilə, belə razılıq olmadıqda isə məhkəmə qaydasında tutulacaq.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
10:08 / 30.09.2022
Vəzifəli şəxsin təqsiri nəticəsində artıq ödənilmiş əmək pensiyası necə tutulacaq?
Hazırda oxunan: Vəzifəli şəxsin təqsiri nəticəsində artıq ödənilmiş əmək pensiyası necə tutulacaq?
Hazırda oxunan: Vəzifəli şəxsin təqsiri nəticəsində artıq ödənilmiş əmək pensiyası necə tutulacaq?
96608
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.