Xocavənddə şəhid Zülfüqar Fərəcovun ANIM GÜNÜ keçirilib - FOTO 

Xocavənddə şəhid Zülfüqar Fərəcovun ANIM GÜNÜ keçirilib - FOTO 

Hazırda oxunan: Xocavənddə şəhid Zülfüqar Fərəcovun ANIM GÜNÜ keçirilib - FOTO 

96553

Xocavənddə Vətən müharibəsi şəhidi Fərəcov Zülfüqar Museyib oğlunun anım günü qeyd olunub.  

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, şəhid Zülfüqar Fərəcəovun xatirəsi Xocavənd qəsəbəsində yerləşən “Şəhidlər” Memorial Abidə Kompleksində anılıb.  

Mərasim iştirakçıları öncə şəhid məzarlarını ziyarət edərək, onları ehtiramla anıblar. Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov çıxış edərək şəhidin valideynlərinə və doğmalarına başsağlığı verərək Zülfüqarın döyüş yolundan geniş söhbət açıb.
O bildirib ki, Ali Baş Komandanın irəli əmri ilə döyüşlərə atılmış igidlər arasında digər yoldaşları kimi Zülfüqar Fərəcov da ilk olaraq düşmən səddinin yarılmasında böyük şücaət göstərərək ermənilərin xeyli canlı qüvvəsini və hərbi texnikasını sıradan çıxarıb.  

Tədbirdə digər çıxış edən şəhidin övladı Əmrah Fərəcov atası ilə fəxr etdiyini və gələcək fəaliyyətində onun arzularını doğruldacağına söz verib.  

Qeyd edək ki, şəhid Zülfüqar Fərəcov Xocavənd rayon Əmirallar kəndində doğulub. O, Vətən müharibəsinin ilk günündən döyüşlərə atılaraq, düşmənin xeyli sayda post və istehkam qurğularını dağıdılmasında xüsusi şücayət göstərib. Z.Fərəcov 29 Sentyabr 2020-ci il tarixdə cəbhənin Füzuli istiqamətində gedən döyüşlər zamanı şəhid olub.  
Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə Zülfüqar Müseyib oğlu Fərəcov ölümündən sonra “Vətən uğrunda” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib. 

Elgün Gəncimsoy, Bizim.Media, Qarabağ bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO