Tələbələr müəllimlərdən nazirliyə ŞİKAYƏT EDƏCƏKLƏR – “Yaxşı olar ki, nümunə götürsünlər”

Tələbələr müəllimlərdən nazirliyə ŞİKAYƏT EDƏCƏKLƏR – “Yaxşı olar ki, nümunə götürsünlər”

Hazırda oxunan: Tələbələr müəllimlərdən nazirliyə ŞİKAYƏT EDƏCƏKLƏR – “Yaxşı olar ki, nümunə götürsünlər”

96532

Bakıda son günlərin dözülməz tıxacları tələblər üçün ciddi problemlər yaratmağa başlayıb. Artıq gündəlik qayıbı olmayan tələbəyə demək olar ki, rast gəlmək mümkün deyil.

Feysbukda kifayət qədər izləyicisi olan “Azərbaycan Universitetləri” səhifəsi şəhərdə yaranmış gərgin vəziyyət ilə bağlı post paylaşıb və bu da əlavə səs-küyə səbəb olub:
“Səhifə olaraq səhər 08:30-da dərsə gecikən tələbələrə qayıb qoyulmaması ilə bağlı bütün universitetlərə və əsas da Nazirliyə müraciət edəcəyik.

Bu cür tıxaclarda evdən nə qədər tez çıxsan belə yenə də ilişib qalıb dərsə gecikirsən. Müəllimlərdən bu cür hallara qarşı humanist davranmağı xahiş və tələb edirik!”

Əslində BNA iki gün əvvəlki açıqlamasında etiraf edib ki, 136 ədəd marşrut avtobusu tıxaclardan dolayı məntəqələrə vaxtında çata bilmir.

Tələbələr yazı ki, “Evdən tez çıxsaq da, 40 dəqiqədən artıq avtobusu gözləməli oluruq. Gələn avtobus, aydın məsələdir ki, ağzına kimi dolu olur, içəri güc-bəla sığışırıq, nəfəs də almaq olmur. Axırda da dərsə gecikirik və universitetlərdə 5 dəqiqə keçməmiş qayıb yazırlar”.

Yaranmış vəziyyət problemin kifayət qədər ciddi olduğunu göz önünə gətirsə də fərqli düşünənlər də var. Elə təhsil eksperti Elşən Qafarov sözügedən problemi tələbələrin məsuliyyətsizliyi kimi qiymətləndirir.
“Hər bir təhsil müəssisənin, ali təhsil müəssisənin daxili nizam-intizam qaydaları var. Dərsin başlama müddəti 8:30-dursa, tələbə o vaxt auditoriyada olmalı, əks təqdirdə qayıb yazılmalıdır. Lazım gələrsə, tələbələr tıxacı hesablayıb evdən 10-15 dəqiqə tez çıxmalıdır. Onlar isə son dəqiqə evdən çıxır və gecikir. Hesab edirəm ki, tələbələrə bu halda qayıb yazılması doğru addımdır”.

Ekspert qeyd edir ki, məktəblilər dərsə 20 dəqiqə əvvəl gəldiyi kimi, tələbələr də universitetə gecikməməli, tez gəlməlidir.

“Yaxşı olar ki, tələbələr müəllimlərdən nümunə götürsünlər. Şikayət etmək asandır, amma qaydalara uymaq çətindir. Qaydaları yumşaltmaq, tələbələrin məsuliyyətini azaltmaq olmaz. Əks halda biz tələbələrin vəziyyətdən sui-istifadə etmə halları artacaq”.

Mia Quliyeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO