DİN-dən saxlanılan maskotla bağlı AÇIQLAMA

DİN-dən saxlanılan maskotla bağlı AÇIQLAMA

Hazırda oxunan: DİN-dən saxlanılan maskotla bağlı AÇIQLAMA

96505

Daxili İşlər Nazirliyi Bakı şəhəri, Səbail rayonu ərazisində - “Tarqovıy” adlanan yerdə maskot (“siçan” obrazında) fəaliyyəti göstərən şəxsin saxlanılması və məhkəmə tərəfindən cərimələnməsinə münasibət bildirib.

Bizim.Media xəbər verir ki, bu barədə Nazirliyin Mətbuat xidmətinin əməkdaşı Nurlan Əliyev bildirib.

Onun sözlərinə görə, maskot kimi fəaliyyət göstərən şəxsin fəaliyyətinin məhdudlaşdırılması qanunla tənzimlənir:

“Küçədə hansısa ödəniş müqabilində lisenziyalaşdırılmayan fəaliyyət qanunsuz hesab edildiyi üçün inzibati xəta-küçə ticarətinin tərkib əlamətlərini yaradır.

Səbail rayonu, Nizami küçəsində qanunsuz fəaliyyət göstərən şəxsə bu əməllə bağlı dəfələrlə edilən xəbərdarlıqlara, iradlara məhəl qoymadığı həmçinin müvafiq polis orqanına dəvət edilən zaman polisin qanuni tələbinə qəsdən tabe olmadığı üçün barəsində inzibati tənbeh tədbiri tətbiq olunub”.
Qeyd edək ki, maskot fəaliyyəti göstərən 33 yaşlı şəxs barəsində tərtib edilmiş protokola əsasən o, Səbail Rayon Məhkəməsinin qərarı ilə 200 manat cərimələnərək sərbəst buraxılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO