Xalq artistinin səhhəti yaxşılaşıb

Xalq artistinin səhhəti yaxşılaşıb

Hazırda oxunan: Xalq artistinin səhhəti yaxşılaşıb

96502

Ötən il dekabrın 28-də Mərkəzi Klinik Xəstəxanaya köçürülən kamança ifaçısı, Xalq artisti Fəxrəddin Dadaşovun səhhətində irəliləyiş var.

Sfera.az axşam.az-a istinadən bildirir ki, bu barədə Əməkdar artist Babək Niftəliyev sosial şəbəkədə məlumat verib.

Xəstəxanadan Fəxrəddin Dadaşovla fotosunu yayımlayan ifaçı "Allah şəfa versin. Şükürlər olsun ki, yaxşıdır. Narahat olmayın, dostlar" qeydini yazıb.

Qeyd edək ki, F.Dadaşov beyin-qan dövranının kəskin pozulması, şəkərli diabet diaqnozu ilə reanimasiyaya yerləşdirilmişdi.

 

Xalq artistinin müalicəsi üçün bütün zəruri tədbirlər Heydər Əliyev Fondu tərəfindən həyata keçirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO