Beynəlxalq Forum təmsilçiləri Şuşada olub - FOTO 

Beynəlxalq Forum təmsilçiləri Şuşada olub - FOTO 

Hazırda oxunan: Beynəlxalq Forum təmsilçiləri Şuşada olub - FOTO 

96500

Azərbaycan Beyin Mərkəzlərinin I Forumunun çərçivəsində iştirak edən xarici nümayəndələr Şuşa şəhərinə səfər ediblər.

Bizim.Media xəbər verir ki, qonaqlara Şuşadakı abidələr və qədimi tikililər barədə məlumatlar verilib.

Bildirilib ki, şəhərdə 200-ə yaxın abidə var və hər biri bərpa olunur.

Şəhər erməni işğalında olan zaman abidələrin və tarixi tikililərin böyük əksəriyyətinin vandalizmə məruz qalması qonaqların diqqətinə çatdırılıb.

Daha sonra qonaqlar Şuşa qalasına gediblər. Qonaqlara qalanın tarixi əhəmiyyəti barədə məlumat verilib. Üstəlik bu abidənin də işğal ərəfəsində vandalizmə məruz qaldığı da qeyd olunub.
Daha sonra qonaqlar Cıdır düzündə olublar. (Apa.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO