Motosiklet qəzası ilə bağlı KTM-ə müraciət edənlərin sayı açıqlandı

Motosiklet qəzası ilə bağlı KTM-ə müraciət edənlərin sayı açıqlandı

Hazırda oxunan: Motosiklet qəzası ilə bağlı KTM-ə müraciət edənlərin sayı açıqlandı

96429

Bakıda motosiklet, moped və skuter qəzalarının sayı artır. Son bir ayda motosiklet, moped və skuter qəzası nəticəsində yaralanan 54 nəfər Kliniki Tibbi Mərkəzə (KTM) gətirilib.

Bizim.Media xəbər verir ki, bu barədə KTM-in mətbuat katibi Elnur Hidayətoğlu bildirib. Onun sözlərinə görə, yaralılardan 5-nin vəziyyəti ağır olduğu üçün xəstəxanaya yerləşdirilib. 49 nəfər isə ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıb.

Yaralılardan 24-ü motosiklet, 7-si moped, 23-ü isə skuter qəzasından gəlib.

KTM-in Təcili tibbi yardım şöbəsinin müdiri Aydın Əlizadənin sözlərinə görə, motosiklet, moped və skuter qəzalarının sayı hər ay daha da artır:

“Əvvəllər skuter qəzalarına rast gəlinmirdi. Lakin indi skuterdən yıxılma ilə bağlı şöbəyə tez-tez müraciətlər olur. Əksəriyət bu qəzalarda müxtəlif travmalar alır.
Bəziləri ilkin tibbi müdaxilə göstərdikdən sonra evə buraxılır. Həmçinin, moped və motosiklet qəzalarının da sayı hər ay durmadan artır. Qəzaya düşən gənclərin çoxu kuryerliklə məşğul olur. Lakin bilərəkdən yüksək sürətlə qəzaya səbəb olanlar da az deyil”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO