Beyləqanda şəhidlərimizin xatirəsi anılıb - FOTO

Beyləqanda şəhidlərimizin xatirəsi anılıb - FOTO

Hazırda oxunan: Beyləqanda şəhidlərimizin xatirəsi anılıb - FOTO

96315

Beyləqanda Vətən müharibəsi zamanı həlak olmuş 4 şəhidin anım günü qeyd olunub. Hər dörd şəhidin məzarı ziyarət edilib, onların ruhuna dualar oxunub.  
 
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, 2020-ci il, sentyabr ayının 28-də aparılan hərbi əməliyyatlar zamanı qəhrəmancasına şəhid olmuş hərbi qulluqçular Emin Vətən oğlu Məmmədovun, Pərvin Vüqar oğlu Əliyevin, Nəsib Qərib oğlu Balacayevin və Mahir Əjdər oğlu Əliyevin anım mərasimində ailə üzvləri, qazilər və rayon ictimayyətinin nümayəndələri iştirak edib. 

Mərasimdə şəhidlərin hər birinin keçdiyi şərəfli döyüş yolundan söhbət açılıb.

Çıxış edənlər bildirib ki, bizə tarixi zəfəri qazandırmaqda böyük haqqı olan şəhidlər hər zaman xalqın ürəyində əbədi olaraq yaşayacaq.  

Elgün Gəncimsoy, Bizim.Media, Qarabağ bürosu







© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO