Daşınmaz əmlakın icbari sığortası elektron formada həyata keçiriləcək - RƏSMİ

Daşınmaz əmlakın icbari sığortası elektron formada həyata keçiriləcək - RƏSMİ

Hazırda oxunan: Daşınmaz əmlakın icbari sığortası elektron formada həyata keçiriləcək - RƏSMİ

96303

Azərbaycanda daşınmaz əmlakın icbari sığortası elektron formada həyata keçiriləcək.

Bizim.Media xəbər verir ki, bunu Apa.az-a müsahibəsində Azərbaycan Mərkəzi Bankının Sığorta fəaliyyətinə dair siyasət və nəzarət departamentinin direktoru Vüsal Qurbanov deyib.

"Biz daşınmaz əmlakın icbari sığortası üzrə elektronlaşmanın tamamlanmasını hədəfləmişik və bununla bağlı qanun layihəsi müvafiq qurumlara təqdim edilib.

Yaxın vaxtlarda daşınmaz əmlakın icbari sığortası elektron formada həyata keçiriləcək. Bundan sonra bu sığorta xidmətinin təkmilləşdirilməsi üçün işlərə başlanılacaq", - deyə V. Qurbanov əlavə edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO