Azərbaycan əhalisinin 2,3 milyonu gənclərdir

Azərbaycan əhalisinin 2,3 milyonu gənclərdir

Hazırda oxunan: Azərbaycan əhalisinin 2,3 milyonu gənclərdir

96213

Azərbaycanda əhalinin 2,3 milyon nəfərini və ya 22,1 faizini gənclər təşkil edir.

Bizim.Media xəbər verir ki, bu barədə "Azərbaycan gəncləri" statistik məcmuəsində qeyd edilib. 

Bildirilib ki, gənclərin 50,5 faizi şəhər yerlərində, 49,5 faizi isə kənd yerlərində yaşayır. Gənclərin 47,5 faizini qızlar təşkil edir.

2021-ci ildə 15-29 yaşda olan qadınlar tərəfindən doğulan uşaqların sayı 81,6 min nəfər olub və bütövlükdə doğulan körpələrin 72,7 faizi gənc anaların payına düşüb.

Ötən il ölkədə nikaha daxil olanların 72,9 faizini gənclər təşkil edib. İlk dəfə nikaha daxil olan kişilərin orta yaşı 28, qadınların isə 24-dür. Boşananlar arasında gənc kişilərin xüsusi çəkisi 18,1 faiz, gənc qadınların xüsusi çəkisi isə 38,6 faiz olub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO