Altı aydır nəzir qutuları nəzarətsiz qalıb? – Dövlət Komitəsindən RƏSMİ CAVAB

Altı aydır nəzir qutuları nəzarətsiz qalıb? – Dövlət Komitəsindən RƏSMİ CAVAB

Hazırda oxunan: Altı aydır nəzir qutuları nəzarətsiz qalıb? – Dövlət Komitəsindən RƏSMİ CAVAB

96197

26 sentyabr 2022-ci il tarxli sayımızda “Yığılan nəzirlərlə bağlı Dini Komitə 6 aydır niyə hesabat vermir? - İki ilahiyyatçı arasında ZİDDİYYƏT” –adlı material dərc etmişdik. Materialda qeyd olunurdu ki, “Dini etiqad azadlığı haqqında” qanuna bu ilin əvvəlində edilən dəyişikliklərə əsasən məscid və ziyarətgahlardakı nəzir qutularına nəzarət Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə verildi. Lakin, ötən 6 ay ərzində Dini Qurumlarla İş üzrə DK məsələ ilə bağlı hər hansı bir açılama və hesabat verməyib”. 

Məsələ ilə bağlı tanınmış ilahiyyatçıların da fikirlərinə məqalədə yer vermişdik.
 

MÖVZU İLƏ BAĞLI:

Nəzir qutularına yığılan ianələrin hesabatı AÇIQLANACAQMI? – Rəsmi CAVAB


Ötən gün dərc olunan yazı ilə bağlı Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən cavab aldıq. Qurumun Dinşünaslıq ekspertizası şöbəsinin müdiri Nahid Məmmədovun adından Bizim.Media-ya daxil olan məlumatda deyilir:

“Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikası Qanununa dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 11 mart 2022-ci il tarixli Fərmanına əsasən dini qurumların ianə qəbul etməsi məsələsi "Dini etiqad azadlığı haqqında" qanunun 18-ci maddəsinin 3-cü hissəsinə edilmiş dəyişiklikdə öz əksini tapıb. Belə ki, qanunun 18-ci maddəsinə görə, dini qurumlar könüllü ianələr üçün müraciət edə, habelə bu ianələri, o cümlədən ianə edilmiş pul vəsaitlərini nağd və ya bank, poçt, plastik kart, elektron ödəmə sistemləri, yaxud internet vasitəsilə qəbul edə bilərlər”. 

Məlumatda daha sonra deyilir ki, qanundan irəli gələn məsələləri tənzimləmək üçün qaydalar Azərbaycan Respublikasının Nazirlər Kabinetində hazırlanır.
 

Proses başa çatdırıldıqdan və qaydalar təsdiq olunduqdan sonra ictimaiyyətə ətraflı məlumat veriləcəkdir və hazırda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi bu məsələlərə nəzarəti həyata keçirmir”. 


Deyilənlərdən aydın olur ki, Dövlət Komitəsi ilə Qafqaz Müsəlmanları idarəsi arasında təhfil-təslim prosesi hələ başa çatmayıb. Maraqlıdır, təhfil-təslim prosesi niyə bu qədər uzanır və indi nəzir qutularına kim nəzarət edir? 

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO