Ağdamda Vətən müharibəsi şəhidləri ANILDI – FOTO  

Ağdamda Vətən müharibəsi şəhidləri ANILDI – FOTO  

Hazırda oxunan: Ağdamda Vətən müharibəsi şəhidləri ANILDI – FOTO  

96143

Ağdam rayonunda Anım Günü ilə əlaqədar olaraq silsilə tədbirlər keçirilib.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, mərasimdə Şəhid ailələri və qazilər, Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov, Qarabağ Regional Təhsil İdarəsinin müdiri Gündüz Əbdülov, ictimaiyyət nümayəndələri və rayon sakinləri iştirak ediblər.

Tədbir iştirakçıları əvvəlcə Ümummilli lider Heydər Əliyevin mərkəzi meydanda ucaldılmış abidəsini ziyarət edərək abidə önünə gül dəstələri düzüb.

Daha sonra Şəhidlər Abidə Komleksində davam edən tədbirdə ilk öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Rayon İcra Hakimiyyətinin baçşısı Vaqif Həsənov çıxış edərək 44 günlük Vətən müharibəsindən danışaraq xalqın öz lideri ilə həmrəylik nümayiş etdirdiyini bildirib.

Daha sonra çıxış edənlər Şanlı Vətən müharibəsi zamanı Azərbaycan xalqının birliyindən, ordunun qüdrətindən, Ali Baş Komandan İlham Əliyevin qətiyyətindən geniş söhbət açıblar. Anım mərasimi rayonun Bayraq Meydanında ağacəkmə aksiyasi ilə davam edib.
Daha sonra Şəhidlər Xiyabanı və rayonun digər kəndlərində dəfn olunan şəhidlərin məzarları ziyarət olunub.

Qeyd edək ki, gün ərzində minlərlə sakin rayonun Quzanlı qəsəbəsində yerləşən şəhidlər xiyabanını ziyarət edib.

Elgün Gəncimsoy, Bizim.Media, Qarabağ bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO