Anım günündə Xaçmaz şəhidinin ailəsi ziyarət olundu - FOTO

Anım günündə Xaçmaz şəhidinin ailəsi ziyarət olundu - FOTO

Hazırda oxunan: Anım günündə Xaçmaz şəhidinin ailəsi ziyarət olundu - FOTO

96138

Vətən Müharibəsi şəhidlərinin anım günündə Xaçmazdan olan şəhid Anar Mürsəliyevin ailəsi ziyarət olunub.

Bizim.Media-nın Şimal bürosunun məlumatına görə, Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev 20 yaşında Vətən Müharibəsində şəhidlik zirvəsinə ucalan şəhidin ailəsinin problemləri ilə maraqlanıb.

İdmanın karate növü ilə məşğul olan ,bir sıra yarışlara qatılan Anar Mürsəliyevin Vətən Müharibəsində şücaət göstərdiyi də xüsusi vurğulanıb.

Qeyd edək ki, şəhid Anar Mürsəliyev döyüş xidmətlərinə görə Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən "Vətən uğrunda", "Laçının azad olunmasına görə"və "Suqovuşanın azad olunmasına görə"medalları ilə təltif edilib.

Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO