Gəncə şəhərində 27 Sentyabr – Anım Günü ilə əlaqədar olaraq silsilə tədbirlər keçirilib.
Bizim.Media-nın yerli bürosunun məlumatına görə anım mərasimində Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Quru Qoşunlarının Qərargah rəisi Vasif Kazımov, Türkiyənin Gəncədəki baş konsulu Zeki Öztürk, DTX Gəncə Şəhər İdarəsinin rəisi Ramil Əliyev, Gəncə Şəhər Baş Polis İdarəsinin rəisi Teymur Hacıyev, millət vəkilləri Pərvin Kərimzadə, Müşfiq Cəfərov, YAP Gəncə şəhər təşkilatının sədri Ramil Orucov, Qafqaz Müsəlmanlar İdarəsinin Qazılar Şurasının nümayəndəsi Hacı Tahir Abbasov, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilat rəhbərləri, məhkəmə sədrləri, müharibə iştirakçıları, şəhid ailələri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Gəncənin Şəhidlər xiyabanında keçirilən tədbirdə əvvəlcə rəsmilər Azərbaycanın ərazi bütövlüyü uğrunda itkin düşmüş hərbçilərin adları əks olunan abidəni ziyarət edib, önünə gül dəstələri düzüblər.
Daha sonra Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov və Quru Qoşunlarının Qərargah rəisi Vasif Kazımov “Əbədi məşəl” abidəsi önünə əklil qoyublar. Hərbi orkestrin ifasında Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Tədbirdə bildirilib ki, Ermənistanın Azərbaycana qarşı növbəti hərbi təcavüzünün qarşısını almaq məqsədilə 2020-ci il sentyabrın 27-dən Azərbaycan Respublikasının Silahlı Qüvvələri Ali Baş Komandanın rəhbərliyi altında bütün cəbhə boyu əks-hücum əməliyyatına başlayıb.
Bildirilib ki, 44 günlük Vətən müharibəsi dövründə Gəncə şəhəri 96-sı hərbi, 26-sı mülki olmaqla, 122 şəhid verib.
Mərasimdə məktəblilərin ifasında vətənpərvərlik mövzusuna aid şeirlər səslənib, din xadimi tərəfindən Vətən müharibəsi şəhidlərinin ruhuna dualar oxunub.
Azərbaycanın suverenliyi uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.
Daha sonra rəsmilər Vətən müharibəsi zamanı Ermənistan silahlı qüvvələrinin Gəncəni raket atəşinə tutması nəticəsində dağılan ərazini ziyarət edib, burada həlak olan mülki şəhidlərin şəkil və məlumatlarını əks etdirən lövhəyə baxış keçiriblər. Xatirə kompleksi önünə gül dəstələri düzüblər.
Silsilə tədbirlərin davamı olaraq Nizami Gəncəvi Məqbərəsi ərazisində şəhidlərin xatirəsinə həsr olunan ağacəkmə aksiyası gerçəkləşib.
Aksiyada iştirak edən Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, hüquq-mühafizə orqanlarının rəhbərləri və millət vəkilləri şəhərin iqlim şəraitinə uyğun olaraq Eldar şamı, küknar ağacları əkiblər.
Qeyd edək ki, 27 Sentyabr – Anım Günü ilə əlaqədar olaraq şəhərin inzibati və yaşayış binalarından Azərbaycan və Türkiyə bayraqları asılıb. Bununla yanaşı, gün ərzində Gəncənin baş meydanında olan monitorda Gəncə şəhidlərinin şəkil və məlumatlarının yer aldığı video slayd nümayiş olunub.
Məqsəd Rəhimov, Bizim.Media, Qərb Bürosu
- A-
- A
- A+
Cəmiyyət
19:54 / 27.09.2022
Gəncədə Anım Günü ilə əlaqədar TƏDBİRLƏR keçirilib – FOTO
Hazırda oxunan: Gəncədə Anım Günü ilə əlaqədar TƏDBİRLƏR keçirilib – FOTO
Hazırda oxunan: Gəncədə Anım Günü ilə əlaqədar TƏDBİRLƏR keçirilib – FOTO
96121
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.