Bərdədə Anım günü qeyd edilib - FOTO

Bərdədə Anım günü qeyd edilib - FOTO

Hazırda oxunan: Bərdədə Anım günü qeyd edilib - FOTO

96111

Bərdədə 27 Sentyabr-Anım Günü qeyd olunub.

Bizim.Media-nın Qərb bürosunun məlumatına görə, anım mərasimində rayon rəhbəri Vidadi İsayev, Milli Məclisin deputatı Fatma Yıldırım, rayon ictimayyətinin nümayəndələri şəhid ailələri, qazilər, müharibə veteranları iştirak edib.

Tədbirdən öncə Vətən müharibəsi dövründə Ermənistan ordusu tərəfindən Bərdə rayonuna atılan qadağan olunmuş roketlərin partlaması nəticəsində həlak olan terror qurbanları xatirə lövhəsi önündə yad olunub, onların ruhlarına dualar oxunub.
Daha sonra mərasim iştirakçıları Bərdə şəhidlər xiyabanına axın edərək şəhidlərin məzarını ziyarət ediblər.

Bərdə Rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev çıxış edərək sentyabrın 27-sinin Azərbaycan zəfər tarixinin başlanğıcı olduğunu diqqətə çatdırıb.  

Tədbirdə çıxış edənlər ermənilərin son günlərdə Azərbaycan səhəddindəki təxribatından söhbət açıblar. 
Qeyd edək ki, gün ərzində minlərlə Bərdə sakini şəhidlər xiyabanına gələrək Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin məzarını ziyarət edib.

Tədbir rayonun Zümürxan kəndində tikilmiş şəhidlərin xatirə kompleksinin açılışı ilə davam edib. Həmçinin rayonda ağacəkmə aksiyası da təşkil olunub.

Elgün Gəncimsoy, Bizim.Media, Qarabağ bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO