BÜRCLƏRƏ görə ev heyvanları – Kim evində ilan saxlamaq istəyir?

BÜRCLƏRƏ görə ev heyvanları – Kim evində ilan saxlamaq istəyir?

Hazırda oxunan: BÜRCLƏRƏ görə ev heyvanları – Kim evində ilan saxlamaq istəyir?

96108

Əlbəttə ki, ev heyvanlarına sahib olmaq sevgi məsələsidir. Bir çox hallarda insanlar hələ uşaq yaşlarından hansısa heyvanı daha çox sevir, daim ona sahib olmağın xəyalını qururlar.

Lakin astroloqların fikrincə, insanların heyvanlara olan simpatiyasında ulduzların da rolu böyükdür.

Bizim.Media bürclərə uyğun ev heyvanlarını təqdim edir:

Qoç

Qoçlar enerjili olduğu üçün monotonluqdan tez sıxılırlar və onların enerjilərinə uyğunlaşmaq üçün yoldaşlara ehtiyacı var. Onlar həvəsli, dinamik, sürətli və rəqabətə davamlı insanlardır. Ona görə də, Dalmatian, Labrador, Alman çoban köpəyi kimi it cinsləri qoç üçün çox uyğun yoldaş ola bilər.

Buğa

Buğa bürcü özünü çox yormağı sevməyən, xırda şeylərlə xoşbəxt ola bilən insanlardır. Eynilə pişiklər kimi. Pişik və Buğa bürcü insanı pişiyi ilə rahat divanda uzanıb və birlikdə xoşbəxt bir şəkildə yuxuya gedə bilər. Eyni zamanda həm pişiklər, həm də buğalar güclü, etibarlı, emosional və yaradıcıdırlar.

Əkizlər

Əkizlər bürcü hər şeylə maraqlanan və çoxdanışan insanlardır. Belə insanlar üçün bir şey deyəndə cavab verən heyvandan daha yaxşı nə ola bilər? Bəli, söhbət məhz tutuquşudan gedir. Tutuquşu sahibi olan əkizlər bürcü ona danışmağı öyrədərkən çox əylənə bilir.

Xərçəng

Xərçənglər qoruyucu, instinktiv, emosional və şəfqətli insanlardır. Onlar ev həyatını və rahatlığını hər şeydən çox qiymətləndirirlər. Belə insanlar üçün tüklü dovşan ideal ev heyvanı ola bilər. 

Şir

Şir bürcü insanları üçün pişik sahibi olmaq şablon kimi görünsə də, əslində çox yaxşı seçimdir. Şir bürcü dramatik, ekstravert, alovlu və özünə güvənən insanlardır. Bu xüsusiyyətləri ilə şir bürcləri pişiklərin vəhşi tərəfi ilə uyğunlaşma potensialına malikdir.

Qız

Qızlar üçün həyatda iki çox vacib şey var: nizam və sadəlik. Sadiqliyi, analitik düşünmə bacarığı və praktikliyi ilə tanınan bu bürcün insanları üçün təkbaşına vaxt keçirə biləcəkləri dağ siçanı çox uyğun dost ola bilər. Üstəlik onlara qulluq etmək çox asan olduğu üçün qızların həyatına asanlıqla uyğunlaşa bilər.

Tərəzi

Tərəzilər əsl romantiklərdir və yaxşı, xoş xasiyyətli və incə görünən şeyləri sevirlər. Beləliklə, bütün bu xüsusiyyətləri özündə daşıyan tutuquşu ən uyğun seçim ola bilər. Tutuquşunun sevimliliyi və rəngarəng tükləri bu bürcün insanlarını sevindirməyə kifayət edir.

Əqrəb

Əqrəblər nə qədər emosional görünsələr də əslində soyuqqanlı insanlardır. Onlar “sizə faydası olmayan şeylərdən qurtulun” fəlsəfəsini müdafiə edirlər. Əqrəb üçün hər hansı bir sürünən, əqrəb və ya hörümçək çox yaxşı bir ev heyvanı ola bilər.

Oxatan

Oxatanlar macəraları sevən, açıq havada və təbiətdə olmaqdan həzz alan insanlardır. Qoçlarda olduğu kimi, hərəkətli itlər oxatan üçün çox uyğun bir yoldaş ola bilər. Bir Cek Rassl terrier, Sibir xaskisi və ya Avstraliya çoban köpəyi oxatan üçün əla yürüyüş yoldaşları ola bilər.

Oğlaq

Rejimlə yaşayan insanlar olan oğlaqlar üçün hind donuzu kimi baxımı çox da mürəkkəb olmayan bir heyvan mükəmməl yoldaş ola bilər. Praktik, ciddi, nizam-intizamlı və müstəqil insanlar olan oğlaqlar eyni xüsusiyyətlərə malik olan hind donuzları ilə birgə xoşbəxt bir həyat sürə bilərlər.

Dolça

Dolçalar əyləncəsevər, orijinal və özünəməxsus xüsusiyyətləri olan xəyalpərəst insanlardır. Buna görə də, qeyri-ənənəvi ev heyvanları onlar üçün daha uyğundur. Məsələn, alpaka, kirpi və ya qurbağa saxlaya bilərlər. Əlbəttə ki, bu heyvanların qayğısına qalmaq bəzi çətinliklərlə üzləşə bilər, lakin dolçalar üçün bunun elə bir əhəmiyyəti yoxdur.

Balıq

Su ünsürü olan balıqlar üçün akvarium heyvanları daha uyğundur. Sevgi dolu, empatik, yetkin və sənətkar insanlar olan Balıqlar üçün akvariumdakı həyat tamamilə yeni bir perspektiv və ilham mənbəyi ola bilər.

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO