Qubada şəhidlərimizin xatirəsi yad edilib - FOTO 

Qubada şəhidlərimizin xatirəsi yad edilib - FOTO 

Hazırda oxunan: Qubada şəhidlərimizin xatirəsi yad edilib - FOTO 

96089

Quba rayonunda Vətən müharibəsi şəhidlərinin anım mərasimi keçirilib. 

Bizim.Media-nın yerli bürosunun məlumatına görə, səhər saatlarından insanların Şəhidlər Xiyabanına axını başlayıb. Xiyabana gələn hər kəs şəhidlərin xatirəsini hörmətlə anıb.  

Anım mərasimində Quba İH başçısının birinci müavini Tariyel İbrahimov, yerli DTX rəisi, inzibati orqanlar, ayrı-ayrı təşkilat, müəssisə rəhbərləri, şəhd ailələri, qazilər, hərbçilər iştirak edib.

Şəhidlərin məzarları önünə tər gül dəstələri düzülüb və əbədi məşəl önünə əklil qoyulub.

Xiyabana yığışan şəhid ailələri ilə söhbət aparılıb, şərəfli qələbəni gətirən oğullarının ruhunun həmişə ehtiramla yad edildiyi və bundan sonra da ediləcəyi diqqətə çatdırılıb.  

Saat 12.00-da Qubada da şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla ehtiram və hörmətlə yad edilib. Daha sonra rayon rəsmiləri son erməni təxribatında şəhid olan, 21 yaşlı hərbçi Ümid Həsənovun İsnovqışlaq kənd məzarlığındakı məzarını ziyarət ediblər. Anası Məxburə Həsənovaya şəfa arzulayaraq ona bir daha başsağlığı verilib.
Qeyd edək ki, Qubada anım mərasimi davam edir. Gün ərzində xiyabanı 10 minə yaxın insanın ziyarət edəcəyi gözlənilir.  

Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO