Nizami rayonunda şəhidlərin xatirəsinə abidə kompleksi inşa edilib - FOTO

Nizami rayonunda şəhidlərin xatirəsinə abidə kompleksi inşa edilib - FOTO

Hazırda oxunan: Nizami rayonunda şəhidlərin xatirəsinə abidə kompleksi inşa edilib - FOTO

96073

Nizami rayonunda Milli Məclisin deputatlarının, qonaqların, şəhid ailələrinin, qazilərin  və ictimaiyyət nümayəndələrinin iştirakı ilə Vətən Müharibəsi şəhidlərinin xatirəsinə yeni inşa olunan abidə kompleksinin önündə rəsmi tədbir keçirilib.

Bizim.Media xəbər verir ki, tədbirdə Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Rayon İcra Hakimiyyətinin başçısı Coşqun Cəbrayılov çıxış edərək bildirib ki, ölkəmizin ərazi bütövlüyünün qorunması, əzəli torpaqlarımızın düşmən işğalından azad olunması zamanı həyatını itirən şəhidlərimizin əziz xatirələri xalqımız tərəfindən daim uca tutulur. 

Vətən müharibəsi qəhrəmanı şəhid Azad Hümbətovun atası Arif Hümbətov və qazi  Nəsimi Əkbərov öz çıxışlarında şəhidlərimizin əziz xatirələrinə, eləcə də şəhid ailələrinə və qazilərə göstərdikləri böyük qayğı və diqqətə görə möhtərəm Prezidentimiz İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyeva dərin təşəkkürlərini bildiriblər.

Tədbirdə şəhidlərin xatirəsinə həsr olunmuş kompozisiya nümayiş olunub, şeirlər səsləndirilib, həmçinin rayon ictimaiyyəti adından abidə kompleksi önünə əklillər və gül dəstələri qoyulub. 

Sonda 27 Sentyabr – Anım Günü münasibətilə ağacəkmə aksiyası keçirilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO