Qusarda şəhidlərimizin xatirəsi yad edilib - FOTO 

Qusarda şəhidlərimizin xatirəsi yad edilib - FOTO 

Hazırda oxunan: Qusarda şəhidlərimizin xatirəsi yad edilib - FOTO 

96068

Qusarda Anım günü Şəhidlər Xiyabanında baş tutub.  

Bizim.Media-nın yerli bürosunun məlumatına görə, şəhər sakinləri, rəsmilər, şəhid ailələrinin nümayəndələri, qazilər, hərbçilər Şəhidlər Xiyabanında Vətən uğrunda həyatından keçən qusarlıların xatirəsini hörmətlə yad edib, kompleks və məzarları önünə tər güllər düzüblər.  

Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, ruhlarına dualar oxunub. Qusar İH başçısı Şair Alxasov xiyabandakı şəhid ailələrinə başsağlığı verib, onlara ehtiramını bildirib.

Anım mərasimindən əvvəl Qusar şəhərində də şəhidlərin xatirəsinə müxtəlif dekorativ ağaclar əkilib.  

Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO