\

\"Yaxın günlərdə Xocavənddə bərpa işlərinə başlanılacaq\" - Emin Hüseynov

Hazırda oxunan: \"Yaxın günlərdə Xocavənddə bərpa işlərinə başlanılacaq\" - Emin Hüseynov

96065

"Qarabağda həyata keçirilən bərpa yenidənqurma işləri davam edir".

Bizim.Media xəbər verir ki, bu barədə trend.az-a açıqlamasında Azərbaycan Prezidentinin​ Qarabağ İqtisadi rayonu üzrə xüsusi nümayəndəsi Emin Hüseynov bildirib. 

O qeyd edib ki, artıq bir sıra layihələr yekunlaşma mərhələsindədir. 

"Bundan sonra işlərimiz daha da sürətlənəcək. Hesab edirəm ki, artıq Ağdam şəhərinin mərkəzində bərpa yenidənqurma işlərinə başlayacağıq. Bundan əlavə həm Ağdam rayonunda, həm də Füzuli rayonunda kəndlərin bərpasına başlanılır. Artıq Talış kəndində də bu işlərə başlanılıb. Yaxın günlərdə Xocavənd rayonunda da bərpa yenidənqurma işlərinə başlanılacaq. Bütün bu tədbirlər sistemli şəkildə, qrafikə uyğun olaraq həyata keçirilir", - deyə E.Hüseynov bildirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO