Cəlilabadda 44 günlük müharibənin ilk şəhidi yad edildi – FOTO

Cəlilabadda 44 günlük müharibənin ilk şəhidi yad edildi – FOTO

Hazırda oxunan: Cəlilabadda 44 günlük müharibənin ilk şəhidi yad edildi – FOTO

96057

Torpaqlarımızın azad edilməsi uğrunda gedən döyüşlərdə şəhid olan Dəmirov  Həsən  Turan oğlunun ata ocağı  Muğan kəndində  bu gün ikinci anım günü qeyd edilib.   

Bizim.Media-nın Cənub bürosu xəbər verir ki, anım günündə şəhidin doğmaları və rayon ictimaiyyəti iştirak edib.       

Müharibənin ilk saatlarından döyüşlərə qatılan Həsən Suqovuşan-Talış  istiqamətində düşmənlərin  illərlə qurduğu istehkamları igidliklə yararaq  düşmənin ağır texnikasının və canlı qüvvəsinin məhv edilməsinidə xüsusi rəşadət göstərib. 

İgid döyüşçü düşmənin altı postunun alınmasıında  iştirak edib.

Səhərə yaxın  növbəti postların alınması istiqamətində gedən döyüşlərdə igidliklə döyüşən Həsən  qəhrəmancasına şəhid olub. İndi onun şəhadətindən iki il ötür. Bu gün də doğmaları, el-obası onu qürur hissi ilə yad edirlər. 
Qeyd edək ki, Həsən Dəmirov 1994-cü ildə Cəlilabad rayonunun Muğan kəndində dünyaya göz açıb. Uşaqlıqdan hərbçi olmaq arzusu  2020-ci ildə  ordu sıralarına qatılmaqla reallaşıb.

N saylı hərbi  hissədə kəşfiyyatçı kimi xidmətə başlayıb, 44 günlük Qarabağ savaşına Suqovuşan istiqamətində qatılıb. 27 sentyabrda qəhrəmancasına şəhid olub.

Ölümündən sonra “Vətən uğrunda” və “Laçının azad  olunmasına görə” medalları ilə təltif edilib.

Elşən Feyzullayev, Bizim.Media, Cənub bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO