Məktəblərdə hələ də dərslik ÇATIŞMIR – Nazirlik son tarixi AÇIQLADI

Məktəblərdə hələ də dərslik ÇATIŞMIR – Nazirlik son tarixi AÇIQLADI

Hazırda oxunan: Məktəblərdə hələ də dərslik ÇATIŞMIR – Nazirlik son tarixi AÇIQLADI

96046

Hər il bir qayda olaraq sentybarın 15-nə qədər şagirdlərə dərsliklər paylanılırdı. Bu il əvvəlki tədris illərindən fərqli olaraq dərsliklərin nəinki şagirdlərə, məktəblərə çatdırılmasında ləngimələr var. 

Əksər məktəblərdə hələ də dərslik problemi yaşanır. Bununla bağlı redaksiyamıza çoxsaylı şikayətlər daxil olur. Valideynlərin bildirdiyinə görə şagirdlərin hamısı tam dərsliklə təmin edilmədiyindən dərs oxuya bilmirlər.

Qeyd edək ki, Sabirabad rayonunun Qalaqayın kənd Ə.Qurbanov adına tam orta məktəbində və Suraxanı rayonu Hövsan qəsəbəsi 280 saylı orta məktəbdə hələ də şagirdlərə dərsliklər paylanmayıb. 
 

MÖVZU İLƏ BAĞLI:

Dərs kitablarındakı XƏYANƏT - Kütləvi savadsızlaşdırmada kim maraqlıdır?


Ekspertlərin fikrincə, hazırda məktəblərdə yaranın dərslik probleminin səbəbkarı məktəb direktorlarıdır. Çünki hər il may ayından etibarən növbəti tədris ili üçün məktəblərdə şagirdlərin sayına uyğun dərsliklərin təminatı ilə bağlı proqnozlaşdırma aparılır və bu barədə Elm və Təhsil Nazirliyinə məlumat verilir. Nazirlik isə toplanmış məlumatlar əsasında 200 addan çox kitabı yüz minlərlə tirajla çap etdirir. Avqustun sonuna qədər verilmiş proqnoza uyğun olaraq dərsliklər məktəblərə çatdırılır.

Demək ki, direktor proqnozlaşdırmanı düzgün aparmayıb, ya da topladığı məlumatları yuxarı instansiyaya vaxtında təqdim etməyib. 

Məsələ ilə bağlı Bizim.Media-ya açıqlamasında Elm və Təhsil Nazirliyinin mətbuat katibi Cəsarət Valehov bu həftənin sonuna qədər dərslik probleminin tamamilə həll olunacağını bildirib:

“Əslində kitablar paylanıb. Sadəcə yeni kitabların məktəblərə çatdırılmasında ləngimələr var idi. Hər gün demək olar ki, yeni partiyalar paylanılır. Yəqin ki, bu həftə məsələ yekunlaşacaq”.

Qeyd edək ki, dərs vəsaitinin istifadə müddəti 5 ildir. 

Alçina Amilqızı, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO