Xaçmazda şəhidlərimizin xatirəsi yad edilib - FOTO/VİDEO

Xaçmazda şəhidlərimizin xatirəsi yad edilib - FOTO/VİDEO

Hazırda oxunan: Xaçmazda şəhidlərimizin xatirəsi yad edilib - FOTO/VİDEO

96028

Qarabağ münaqişəsi başlayandan ümumilikdə 291 şəhid vermiş Xaçmaz rayonunda Anım günü böyük ehtiram və coşqu ilə baş tutub. 

Bizim.Media-nın yerli bürosunun məlumatına görə, səhər saatlarından çoxsaylı şəhər sakinləri, şəhid ailələri, ziyalılar, qazi və hərbçilər Xaçmaz Şəhidlər Xiyabanına gəlib.  

İzdihamla müşayiət olunan anım mərasiminə minlərlə insan qatılıb.

Xaçmaz İH başçısı Elnur Rzayev, güc strukturlarının rəhbərləri, şəhid ailələri, qazilər, sərhədçilər, sakinlər şəhidlərin xatirə komplekslərini ziyarət edib, ruhlarını anıb, xatirə guşələri önünə tər güllər düzüblər. Əbədi məşəl önünə əklil qoyulub.

Elnur Rzayev bütün şəhid ailələri ilə görüşüb, onlara belə vətənpərvər oğul böyütdükləri üçün minnətdarlıq edib. Rayon rəhbəri sentyabrın 12-də Ermənistanla sərhəddə düşmənin təxribatının qarşısını alarkən şəhid olmuş 33 yaşlı hərbçi Elnur Rüstəmovun valideynləri və övladları ilə də görüşüb, onlara bir daha başsağlığı verərək Elnurun və hərbçi yoldaşlarının qanının yerdə qalmadığını və qisasının Müzəffər Azərbaycan Ordusu tərəfindən layiqincə alındığını deyib.  

Daha sonra rayon rəhbəri Elnur Rrzayev və bütün rəsmilər şəhid ailələri ilə birgə saat 12.00-da şəhidlərin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Anım mərasimindən əvvəl isə Xaçmaz şəhərində - Xudat istiqamətində şəhidlərin xatirəsinə 100-ə yaxın dekorativ ağac əkilib.  

Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu
 



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO