Vətən müharibəsi şəhidlərinin xatirəsi ehtiramla yad edildi - VİDEO 

Vətən müharibəsi şəhidlərinin xatirəsi ehtiramla yad edildi - VİDEO 

Hazırda oxunan: Vətən müharibəsi şəhidlərinin xatirəsi ehtiramla yad edildi - VİDEO 

95983

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) “Suraxanı” gəmi-muzeyində 44 günlük Vətən müharibəsində canını qurban vermiş şəhidlərimizin əziz xatirəsi yad olunub.

Bizim.Media xəbər verir ki, 27 sentyabr Anım Gününə həsr olunan tədbirdə ASCO-nun müxtəlif strukturlarında çalışan Vətən müharibəsi iştirakçıları, dənizçilər, Azərbaycan Dövlət Dəniz Akademiyasının, Azərbaycan Dənizçilik Kollecinin tələbələri, “Səbail” FK-nın futbolçuları və “Xəzər” Yelkənli Qayıqlar İdman Klubunun idmançıları bir araya gələrək şam yandırıblar.

Tədbirin keçirilməsində məqsəd 44 günlük Vətən müharibəsində ərazi bütövlüyümüzün bərpası uğrunda canını qurban verən oğullarımızla hər bir Azərbaycan vətəndaşı kimi dənizçilərin də qürur duyduğunu, müstəqil dövlətimiz və xalqımız var olduqca şəhidlərimizin qəlblərdə əbədi yaşayacağını diqqətə çatdırmaqdan ibarətdir.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO