Vətən Müharibəsində DSX-nin 47 hərbçisi şəhid olub, 197-si yaralanıb

Vətən Müharibəsində DSX-nin 47 hərbçisi şəhid olub, 197-si yaralanıb

Hazırda oxunan: Vətən Müharibəsində DSX-nin 47 hərbçisi şəhid olub, 197-si yaralanıb

95962

44 günlük Vətən Müharibəsində Dövlət Sərhəd Xidmətinin 47 hərbi qulluqçusu şəhid olub, 197 nəfər yaralanıb və ya müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Bizim.Media xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi, general-polkovnik Elçin Quliyev "Azərbaycan" qəzetinə müsahibəsində bildirib. 

Onun sözlərinə görə, döyüş əməliyyatları zamanı rəşadət və şəxsi igidlik nümunələri göstərmiş 12 nəfər Azərbaycan sərhədçisi (onlardan 4 nəfər ölümündən sonra) "Vətən Müharibəsi Qəhrəmanı" adına layiq görülüb, 176 nəfəri müxtəlif ordenlərlə, 5203 nəfəri isə müxtəlif medallarla təltif olunub. 

“Şəhid ailələrinə dövlət bayramlarında, şəhidlərin doğum və anım günlərində DSX-nin ali hərbi rütbəli zabitləri tərəfindən onlara baş çəkilməsi, onların məzarlarının mütləq yad edilməsi təcrübəsi formalaşdırılıb. Qazilərin müalicəsinə, onlara müharibə veteranı adının, sığorta və digər ödənişlərin alınması üzrə sənədləşmə işlərinin görülməsinə xüsusi diqqət göstərilib.

Şəhid ailəsi üzvlərinin Dövlət Sərhəd Xidmətində hərbi xidmətə və işə qəbul edilmələrinə, şəhid övladlarının DSX-nin Xüsusi Məktəbinə qəbul olunmalarına tam şərait yaradılıb. Bu günədək 12 nəfər şəhid ailəsi üzvü DSX-yə həqiqi hərbi xidmətə, işə, yaxud təhsil müəssisəsinə qəbul olunub”, - deyə E.Quliyev qeyd edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO