Elçin Quliyev Vətən müharibəsindəki ilk əməliyyat planını açıqladı

Elçin Quliyev Vətən müharibəsindəki ilk əməliyyat planını açıqladı

Hazırda oxunan: Elçin Quliyev Vətən müharibəsindəki ilk əməliyyat planını açıqladı

95953

“İlkin olaraq Azərbaycan sərhədçiləri döyüş əməliyyatlarına Kəlbəcər istiqamətindən başlamalı idilər. Döyüşlər başladıqdan sonra Prezident İlham Əliyev keçirdiyi xidməti-döyüş müşavirəsində hücum istiqamətimizi dəyişdi, sərhədyanı və Araz çayı boyu hərəkətə keçmək əmrini verdi”.

Bizim.Media xəbər verir ki, bu fikirləri Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyev səsləndirib.

“Bu əmri icra edərək Füzuli rayonu ərazisindəki təmas xəttindən Ermənistanla dövlət sərhədinədək böyük bir ərazini işğaldan azad etdik. Sutka ərzində 105 kilometr məsafədə ildırım sürətli hücumla düşmənə sarsıdıcı zərbələr endirildi. Yüzlərlə canlı qüvvəsi məhv edildi.

Qədim Xudafərin körpüsündə, Zəngilan rayonunun Ağbənd qəsəbəsində və Zəngilan şəhərində Dövlət bayrağımızı ucaltdıq. Ermənistanla dövlət sərhədində Bartaz və Şükürataz strateji yüksəkliklərini azad etdik”, - deyə o, qeyd edib.
 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO