Bu gün Bakı-Sumqayıt yolunda baş verən dəhşətli qəzada yaralananların adları məlum olub. Moderator.az-ın əməkdaşı hazırda Sumqayıt şəhər xəstəxanasındadır. Əməkdaşımıza növbətçi həkimin verdiyi məlumata görə, artıq ölənlərin sayı 5-ə çatıb.
Yaralılar travmatik şok, sol diz oynaq əzilməsi, qapalı kəllə-beynin ağır travması, sağ ayağın bud sümüyünün sınması, sağ bud-baldır nahiyəsinin əziyi diaqnozları ilə xəstəxanaya yerləşdiriliblər. Onlardan yeddisinin kimliyi məlum olsa da, üçü hələ ki, naməlum olaraq qalır.
Yaralıların siyahısı:
1. Ağakişiyev Baloğlan 1988-ci il
2. Cavadov Rövşən 1988-ci il
3. Məmmədova Ofelya 50 -55 yaşlı
4. Məmmədova Əsmər 1967-ci il
5. Əhmədov Rəşad 1983-cü il
6. Allahverdiyev İbadət 1991-ci il
7. Paşabəyov Asif
***
"Qafqazinfo"nun hadisə yerində olan əməkdaşının məlumatına görə, yaralı Məmmədova Ofelya dünyasını dəyişib.
***
Xəstəxananın Cərrahiyyə şöbəsinin həkimi Gülməmməd Həmzəyev "Qafqazinfo"ya bildirib ki, yaralılardan biri əməliyyata girməmiş ölüb.
***
Əməkdaşımızın məlumatına görə, ölənlərin sayı ilə bağlı qeyri-dəqiqlik davam edir. Belə ki, Cərrahiyyə Şöbəsinin həkimi 5 nəfərin, daha sonra Ofeliya Məmmədovanın ölümünü təsdiqləsə də, baş həkim ölənlərin sayının 4 olduğunu deyib.
Məlumatı dəqiqləşdirmək üçün Səhiyyə Nazirliyi ilə əlaqə saxladıq. Nazirlikdən isə ölənlərin sayının 3 olduğunu bildiriblər.
***
Artıq naməlum yaralılardan birinin kimliyi məlum olub. Elçin Qarayev hazırda 1 saylı Şəhər Kliniki Xəstəxanasına aparılır.
***
Naməlum yaralılardan birinin də kimliyi açıqlanıb. O Əliyev Bəhruzdur.
***
Sonuncu naməlum şəxsin kimliyi də məlum olub. Rüstəmova Südabənin bir ayağı amputasiya edilib, digəri isə gipsdədir.

































































































