Havanın temperaturu yenidən yüksələcək

Havanın temperaturu yenidən yüksələcək

Hazırda oxunan: Havanın temperaturu yenidən yüksələcək

95888

Bu il sentyabr ayının üçüncü ongünlüyündə ən yüksək temperatur ayın 23-də Bakıda və Abşeron yarımadasında 37 dərəcəyədək isti qeydə alınıb ki, bu da iqlim normasından 6 dərəcə yüksəkdir.

Milli Hidrometeorologiya Xidmətinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova Bizim.Media-ya bildirib ki, çoxillik meteoroloji məlumatlara əsasən indiyədək sentyabr ayının sonunda belə yüksək temperatur qeydə alınmayıb.

G.Məmmədovanın sözlərinə görə, bununla da 2012-ci ilin sutkalıq rekord göstəricisi (29,6 dərəcə) yenilənib.

Xidmət rəsmisi qeyd edib ki, yaxın günlər ərzində ölkə ərazisində havanın mülayim, əsasən yağmursuz keçəcəyi, sentyabrın 27, 28, 29 və 30-da əsasən gecə və səhər saatlarında duman olacağı gözlənilir.
Mülayim cənub-şərq küləyi üstünlük təşkil edəcək.

“Bakıda və Abşeron yarımadasında sentyabrın 27, 28, 29 və 30-da havanın temperaturunun tədricən yüksələcəyi, 24-27, dağlıq rayonlarda 17-22, aran rayonlarında  isə 30-34 dərəcəyədək isti olacağı gözlənilir”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO