Mülki müqaviləylə işləyən jurnalistlər hansı halda Media Reyestrinə daxil edilməyəcək?

Mülki müqaviləylə işləyən jurnalistlər hansı halda Media Reyestrinə daxil edilməyəcək?

Hazırda oxunan: Mülki müqaviləylə işləyən jurnalistlər hansı halda Media Reyestrinə daxil edilməyəcək?

95878

Müəllif hüquqları əsasında mülki hüquq müqaviləsi ilə işləyən jurnalistlərin hansı hallarda Media Reyestrinə daxil edilməyəcəyi məlum olub.

Bizim.Media xəbər verir ki, bu, Prezident İlham Əliyevin fərmanı ilə təsdiqlənən “Media Reyestrinin aparılması Qaydaları”nda əksini tapıb.

Qaydalara əsasən, fərdi sahibkar kimi vergi uçotuna alınmadan fərdi olaraq müəllif hüquqları əsasında mülki hüquq müqaviləsi ilə işlədikdə Reyestrə daxil edilməsindən imtina olunacaq.

Başqa sözlə, fərdi olaraq müəllif hüquqları əsasında mülki hüquq müqaviləsi ilə işləyən jurnalistlər fərdi sahibkar kimi vergi uçotuna alındığı halda Media Reyesterinə daxil ediləcəklər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO