Moskva-Bakı biletlərinin maksimal dəyəri AÇIQLANDI

Moskva-Bakı biletlərinin maksimal dəyəri AÇIQLANDI

Hazırda oxunan: Moskva-Bakı biletlərinin maksimal dəyəri AÇIQLANDI

95861

AZAL Moskva-Bakı biletlərinin maksimal dəyərini açıqlayıb.

Bizim.Media xəbər verir ki, bu barədə AZAL məlumat yayıb.

"Rusiyadan Azərbaycana reyslərə tələbatın artması, habelə aviabiletlərin dəyərinə dair yaranan suallarla əlaqədar olaraq bildiririk ki, “Azərbaycan Hava Yolları” aviaşirkəti tərəfindən Moskva-Bakı marşrutu üzrə təklif olunan aviabiletlərin xidmət sinifləri maksimal dəyəri:

- ekonom sinif - 409 avro;

- biznes sinif - 769 avro; 

- “VIP Club” tarifi - 869 avro.

AZAL-la yanaşı, Rusiyadan Azərbaycana Rusiyanın "Aeroflot", "Rossiya", "Utair", "Azimuth" və digər aviaşirkətləri də reyslər yerinə yetirir. Hər bir aviaşirkət öz qiymət siyasətini müstəqil şəkildə formalaşdırır.
Qeyd edək ki, aviabiletlərin qiymətləri birbaşa reysə olan tələbatdan, təyyarədə qalan yerlərdən, alış tarixindən, uçuş mövsümündən və bir sıra digər kriteriyalardan asılıdır", məlumatda deyilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO