Şuşada hava monitorinqi cihazları quraşdırılacaq

Şuşada hava monitorinqi cihazları quraşdırılacaq

Hazırda oxunan: Şuşada hava monitorinqi cihazları quraşdırılacaq

95840

Azərbaycanın bir sıra rayonlarında, o cümlədən Şuşa şəhərində hava monitorinqi cihazları quraşdırılacaq.

Bizim.Media xəbər verir ki, bunu  “Sumaks” şirkətinin rəhbəri Cavid Məmmədov deyib.

Onun sözlərinə görə, cihazlar artıq “ASAN xidmət”in Bakı və Sumqayıtda olan mərkəzlərində quraşdırılıb.

“Hazırda digər mərkəzlərdə də bu cihazların quraşdırılması işləri aparılır. Gələcəkdə isə Şuşa da daxil olmaqla, cihazların quraşdırılması regionlarda da aparılacaq”, - deyə Cavid Məmmədov əlavə edib.
Qeyd edək ki, havanın keyfiyyət göstəriciləri cihazda olan sensorlar vasitəsilə toplanaraq təhlil edilir və daha sonra serverə yönləndirilir. Cihaz vasitəsilə havanın temperaturu və rütubəti ilə yanaşı, havada olan CO¬2, CO, NO2, NH3, metan və azot qazının miqdarı ölçülür, O3 qazı təyin edilir.

Bununla yanaşı, cihaz vasitəsilə havada olan tozun və ətraf mühitdə olan səs-küyün səviyyəsini təyin edir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO