LSE Beynəlxalq Proqramının UNEC-də ilk dərs günü keçirilib

LSE Beynəlxalq Proqramının UNEC-də ilk dərs günü keçirilib

Hazırda oxunan: LSE Beynəlxalq Proqramının UNEC-də ilk dərs günü keçirilib

95833
London Universitetinin nəzdində London İqtisadiyyat və Siyasi Elmlər Məktəbinin (LSE) Beynəlxalq Proqramının Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) ilk dərs günü keçirilib.

İlk dərsdə çıxış edən UNEC-in rektoru, professor Ədalət Muradov gəncləri dünyanın ən qabaqcıl iqtisadiyyat yönümlü ali məktəbinin tələbəsi adını qazanmaları münasibəti ilə təbrik edib. Bildirib ki, burada tələbələr London Universitetinin tədris proqramı əsasında təhsil almaqla yanaşı, həmçinin bu nüfuzlu təhsil ocağının tədris resurslarından da istifadə edə biləcək, London İqtisadiyyat Məktəbinin Londonda yerləşən kampusunda fəaliyyət göstərən Yay Məktəbinə qatılacaqlar. Rektor qeyd edib ki, tələbələrin UNEC-lə bərabər, LSE-nin bakalavr diplomunu da əldə etmələri onları əmək bazarında rəqabətə davamlı kadra çevirəcək.

London Universitetinin nəzdində London İqtisadiyyat və Siyasi Elmlər Məktəbinin Beynəlxalq Proqramının UNEC-dəki tədris işləri üzrə direktoru Tayson Lemons tələbələrə LSE-də tədris prosesindən söz açıb. Bildirib ki, imtahan nəticələri London İqtisadiyyat Məktəbində yoxlanılacaq.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO