Rezidenturaya əlavə yerləşdirmədə qəbul olanların QEYDİYYATI YEKUNLAŞIR  

Rezidenturaya əlavə yerləşdirmədə qəbul olanların QEYDİYYATI YEKUNLAŞIR  

Hazırda oxunan: Rezidenturaya əlavə yerləşdirmədə qəbul olanların QEYDİYYATI YEKUNLAŞIR  

95771

Bu gün rezidenturaya boş qalan plan yerlərinə əlavə yerləşdirmə zamanı qəbul olanların qeydiyyat prosesinin son günüdür.

Bizim.Media xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyi məlumat yayıb.

Bildirilir ki, qeydiyyat prosesi bu gün saat 23:59-da yekunlaşacaq.

Qəbul olan namizədlər portal.edu.az sistemindən qeydiyyatdan keçərək “Ali və orta ixtisas təhsil müəssisələrində təhsilalanın qeydiyyatı” xidmətini seçməklə müraciət edə bilərlər. Açılan səhifədə müvafiq qəbul xətti üzrə şəxsi və qəbul məlumatlarının təsdiq edilməsi, həmçinin tələb olunan sənədlərin əlavə edilməsi mümkündür.

Müvafiq xidmətdən istifadə etməklə qeydiyyatdan keçməyən və təhsil müəssisəsindən təsdiq almayan şəxslər qəbul olunanların siyahısından xaric ediləcəklər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO