Polis əməkdaşları tərəfindən sosial şəbəkə istifadəçilərinə qarşı dələduzluq edən Qasımova Vüsalə Rizvan qızı saxlanılaraq məsuliyyətə cəlb edilib.
Bizim.Media xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib.
Vüsalə Qasımova etiraf videosunda qeyd edib ki, İnstagram və "Tik-tok" sosial şəbəkələrində 80-100 nəfərə yaxın şəxsin onlayn lotereya oynamaq adıyla 200 manatını alaraq aldadıb.
Mənbə mövzu ilə bağlı araşdırmaların davam etdirildiyini bildirib.
Bizim.Media