3 mindən çox balıq torunun qanunsuz gətirilməsinin qarşısı alındı - FOTO

3 mindən çox balıq torunun qanunsuz gətirilməsinin qarşısı alındı - FOTO

Hazırda oxunan: 3 mindən çox balıq torunun qanunsuz gətirilməsinin qarşısı alındı - FOTO

95556

Dövlət Gömrük Komitəsinin (DGK) əməkdaşları tərəfindən Azərbaycana qanunsuz yollarla gətirilmiş 3 041 ədəd balıq toru aşkar edilib.

Bizim.Media xəbər verir ki, bu barədə DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi məlumat yayıb.

Bildirilib ki. Komitənin Əməliyyat-İstintaq Baş İdarəsinə daxil olmuş məlumat əsasında keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Çin Xalq Respublikasından ölkəmizə “Alclotho” MMC-nin ünvanına tekstil yükü gətirən 47 D 83510/47 D 83610 nömrəli yük avtomobili yoxlanılıb. 
Bu zaman yük avtomobilində gömrük orqanına bəyan edilməyən 15 çuvalda qablaşdırılmış vəziyyətdə əksər hissəsi mülki dövriyyədən çıxarılmış (idxalına yol verilməyən) 3 041 ədəd balıq toru və düzgün bəyan edilməyən müxtəlif adda geyim əşyaları aşkar edilib. 

Faktla bağlı araşdırma aparılır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO