Paytaxtdakı ağır qəzada ölənlərin kimliyi məlum oldu – YENİLƏNİB/FOTO

Paytaxtdakı ağır qəzada ölənlərin kimliyi məlum oldu – YENİLƏNİB/FOTO

Hazırda oxunan: Paytaxtdakı ağır qəzada ölənlərin kimliyi məlum oldu – YENİLƏNİB/FOTO

95440

Xəbər verdiyimiz kimi, Sabunçu rayonunda Dövlət Gömrük Akademiyasının qarşısında yolu keçmək istəyən iki şəxsi avtomobil vurub.   

Bizim.Media xəbər verir ki, ölən şəxslər Ağdaş rayon sakini, 22 yaşlı Rəsulova Sevgi Arzu qızı və paytaxt sakini, 18 yaşlı Elvin Əzizlidir.   

Faktla bağlı araşdırma aparılır. (Apa.az) 

*** 15.50

Bakıda dəhşətli yol nəqliyyat hadisəsi baş verib. 

Bizim.Media manset.az-a istinadən xəbər verir ki, Sabunçu rayonunda Dövlət Gömrük Akademiyasının qarşısında yolu keçmək istəyən iki şəxsi avtomobil vurub.  

Nəticədə həmin şəxslər dünyasını dəyişib. Hadisə yerinə yol patrul xidmətinin əməkdaşları və təcili tibbi yardım briqadası cəlb olunub. 

Dövlət Gömrük Akademiyasının tədris şöbəsinin rəisi gömrük mayoru İslam Hüseynov bildirib ki, dünyasını dəyişən şəxslərdən biri akademiyanın tələbəsidir, digər ölən şəxsin kimliyi hələlik bilinmir. 

Ölən şəxslərin şəxsiyyəti dəqiqləşdirilir. Dünyasını dəyişən şəxslərin Dövlət Gömrük Akademiyasının tələbələri olduğu bildirilir. 

Faktla bağlı araşdırma aparılır. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO