Baş Prokurorluq \

Baş Prokurorluq \"Kanal 13\"ün təsisçisinə xəbərdarlıq edib 

Hazırda oxunan: Baş Prokurorluq \"Kanal 13\"ün təsisçisinə xəbərdarlıq edib 

95430

Baş Prokurorluq "Kanal 13" adlı “YouTube” kanalının təsisçisi Əziz Orucova xəbərdarlıq edib. 

Bizim.Media xəbər verir ki, bu barədə Baş Prokurorluq məlumat yayıb.  

“İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” və “Milli Təhlükəsizlik haqqında” haqqında Azərbaycan Respublikasının qanunlarının tələbləri pozularaq "Kanal 13" adlı “YouTube” kanalında sentyabrın 13-də təsisçi Əziz Orucov tərəfindən Azərbaycan Ordusunun işgüzar nüfuzuna xələl gətirən, eləcə də dövlətin müdafiə qabiliyyətinin möhkəmləndirilməsi istiqamətində görülən işlərə kölgə salan videolar yerləşdirilib. 

Əziz Orucova sentyabrın 15-də “Prokurorluq haqqında” Azərbaycan Respublikasının Qanununun 22-ci maddəsinə əsasən prokuror təsir tədbiri aktı olan xəbərdarlıq elan olunub. 
Xəbərdarlıq olunduqdan sonra həmin informasiyalar kanaldan götürülüb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO