Xəzər dənizində bu balıqların sayı azalıb

Xəzər dənizində bu balıqların sayı azalıb

Hazırda oxunan: Xəzər dənizində bu balıqların sayı azalıb

95386

Xəzər dənizində balıq və digər su bioloji resurslarının mövcud vəziyyəti, gələcək dinamikası, növbəti il üçün balıq ovunun kvota proqnozlarını müəyyən etmək məqsədilə hər il kompleks ekoloji monitorinqlər keçirilir.  

Bizim.Media xəbər verir ki, bu barədə Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin Bioloji Resursların Tədqiqatı Mərkəzinin direktoru Mehman Axundov bildirib.  

O qeyd edib ki, Xəzər dənizinin bioloji resurslarını və dəniz mühitini öyrənmək məqsədilə “Əlif Hacıyev” elmi-tədqiqat gəmisi ilə keçirilən son monitorinqlərin nəticələrinə görə, dənizdə siyənəklərin və kefalların vəziyyətinin qənaətbəxş olduğu, adi çəki, kütüm, Xəzər külməsi, şərq çapağı və şəmayı balıqlarının isə azaldığı müşahidə edilib:

“Ölkəmizdə balıq ehtiyatlarının artırılmasına töhfə vermək məqsədilə hər il təbii su hövzələrinə ETSN-in balıqartırma müəssisələrində yetişdirilən balıq körpələrinin buraxılışı həyata keçirilir”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO