Şabrandakı qəzada xəsarət alanların kimliyi məlum oldu - SİYAHI - YENİLƏNİB 

Şabrandakı qəzada xəsarət alanların kimliyi məlum oldu - SİYAHI - YENİLƏNİB 

Hazırda oxunan: Şabrandakı qəzada xəsarət alanların kimliyi məlum oldu - SİYAHI - YENİLƏNİB 

95310

Şabranda baş verən qəzada həyatını itirən şəxsin kimliyi bəlli olub.  

Bizim.Media-nın Şimal bürosunun məlumatına görə bu, sərnişin 1957-ci il təvəllüdlü Adil Ələkbər oğlu Ələkbərovdur.  

Şabran rayon mərkəzi xəstəxanasına çatdırılan 16 nəfərin də şəxsiyyəti dəqiqləşib: 

Dostuyeva Zöhrə Hüseynağa qızı (1958); 

Əliyeva Xuraman Paşa qızı (1974); 

Cəfərova Zülfiyyə Kərim qızı (1965); 

Əliyev Sərxan Əmiraslan oğlu (1967); 

Qasımova Şəfəq Kazım qızı (1976); 

Məmmədova Validə Rzaqulu qızı (1974); 

Məmmədov Fərid Mehman oğlu (1989); 

Əsgərov Ramiz Əjdər oğlu (1956); 

Seyidov Qasım İsmayıl oğlu; 

Ağarzayev Siracəddin Nurulla oğlu (1959); 

Məmmədova Məhəbbət Abdulhüseyn qızı (1970); 

Mədətova Cəmilə Nəbi qızı (1980); 

Qəmbərova Reyhan Rzaqulu qızı (1965); 

Kərimov Fikrət Tofiq oğlu (1966); 

Məmmədova Təranə Abdul qızı (1977); 

Əsgərova Məhbubə Ağamurad qızıdır (1961). 

Qeyd edək ki, vəziyyəti ağır olan iki nəfər Bakıdakı Kliniki Tibbi Mərkəzə göndərilib. 

*** 20.24

Xəbər verdiyimiz kimi Bakı-Quba yolunun Şabranın Aygünlü kəndindən keçən hissəsində mikroavtobus aşıb.Nəticədə 16 nəfər yaralanıb, bir nəfər isə ölüb. 

Hadisə yerinə gələn Şabran İH başçısının müavini İlkin Ağayevin Bizim.Media-ya verdiyi məlumata görə, mikroavtobus fərdi sahibkara məxsusdur.

MÖVZU İLƏ BAĞLI:

Bakı-Quba yolunda AĞIR QƏZA – 16 Yaralı VAR 


Mikroavtobusda olan sərnişinlər Şabrandan Qubaya alma yığımına gedən rayon sakinləridir. Qəza onlar yığımdan geri qayıdanda baş verib. 

Şabran rayon mərkəzi xəstəxanasına çatdırılan yaralılara hazırda ilk tibbi yardım göstərilir. Dünyasını dəyişən şəxsin kimliyi dəqiqləşdirilir.  

Qeyd edək ki, faktla bağlı DİN-nin Baş İstintaq və Təhqiqat İdarəsinin istintaq və təhqiqat şöbəsinin əməkdaşları araşdırmaya başlayıb. 

Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO