Son zamanlar siyasi səhnədə görünməyən SİYASƏTÇİLƏR – ARAŞDIRMA 

Son zamanlar siyasi səhnədə görünməyən SİYASƏTÇİLƏR – ARAŞDIRMA 

Hazırda oxunan: Son zamanlar siyasi səhnədə görünməyən SİYASƏTÇİLƏR – ARAŞDIRMA 

95284

Ölkəmizin siyasi səhnəsidə çox saylı oyunçuların olması heç kimə sirr deyil. Onlardan bəziləri uzun illərdir aktiv siyasi fəaliyyətlərini davam etdirir. Bir qrup siyasətçilər də var ki, uzun müddət siyasi sferada fəaliyyət göstərsələr də, son zamanlar nadir hallarda görünürlər.

Onlardan bir qismi, ümumiyyətlə, siyasətdən uzaqlaşsalar da, bəziləri yalnız ad olaraq siyasi arenada qalmağa davam edir, lakin efirlərdə və mətbuatda görünmürlər.
Xanhüseyn Kazımlı

Sosial Rifah Partiyasının sədri Xanhüseyn Kazımlı 5 çağırış parlamentdə təmsil olunub. O, 2019-cu ildə deputat, 2020-ci ildə isə partiya sədri vəzifəsindən uzaqlaşıb. Hal-hazırda partiyanın sədri vəzifəsini onun qızı Əsli Kazımlı icra edir. 79 yaşlı sabiq deputat hal-hazırda Azərbaycan Dövlət İqtisad Universitetinin Qiymət və qiymətləndirmə kafedrasının müdiri vəzifəsində elmi fəaliyyətini davam etdirir.

Mirmahmud Mirəlioğlu

Klassik Xalq Cəbhəsi Partiyasının sədri, istiqlalçı deputat Mirmahmud Mirəlioğlu isə səhhətində yaranan problemlərə görə son günlərdə siyasi fəaliyyətdən uzaq qalıb. O, sentyabrın 9-da müalicə məqsədilə Türkiyəyə yollanıb.

Əflan İbrahimov

Son dönəmlərdə siyasi arenada görünməyən siyasətçilərdən biri də Müstəqil Xalq Partiyasının sədri Əflan İbrahimovdur. O, bir neçə il öncə Hafiz Hacıyevlə mübahisəsi ilə gündəmə gəlib. Son zamanlarda isə mətbuatda və siyasətdə, ümumiyyətlə, xatırlanmır.

Əhməd Oruc

Azadlıq Partiyasının sədri Əhməd Oruc da uzun müddətdir həm siyasətdən, həm də gözdən, könüldən iraq qalıb. O, 2021-22-ci illərdə bir neçə dəfə mətbuatda görünsə də, son aylardakı fəaliyyəti nəzərə çarpmır.

Musa Ağayev

Yeni Zaman Partiyasının sədri Musa Ağayev də siyahıdakı digər siyasətçilər kimi, siyasi fəaliyyətdən uzaq görünür. 2022-ci ildə mətbuatda onun adı və fəaliyyəti ilə bağlı da məlumat olduqca azdır.

Tufan Kərim 

Azərbaycan Milli Demokrat Partiyasının (Bozqurdlar) sədri Tufan Kərim də uzun müddətdir efirlərdə görünmür. İsmən partiya sədri olaraq fəaliyyətin davam etdirdiyi görünsə də, Tufan Kərimi son dönəmlərdə siyasətdə görə bilmirik.

Murad Əhmədov, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO