Ombudsmandan Ermənistanın Kəlbəcərdəki təxribat cəhdi ilə bağlı ÇAĞIRIŞ 

Ombudsmandan Ermənistanın Kəlbəcərdəki təxribat cəhdi ilə bağlı ÇAĞIRIŞ 

Hazırda oxunan: Ombudsmandan Ermənistanın Kəlbəcərdəki təxribat cəhdi ilə bağlı ÇAĞIRIŞ 

95281

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Ermənistan silahlı qüvvələrinin Kəlbəcərdə növbəti təxribat cəhdinin pislənilməsinə dair çağırış edib.

Ombudsman Aparatından Bizim.Media-ya verilən xəbərə görə, çağırışda deyilir ki, 22 sentyabr gecə saatlarında Ermənistan silahlı qüvvələri Kəlbəcər rayonu istiqamətində növbəti dəfə təxribata əl ataraq Azərbaycan Ordusunun mövqelərini atəşə tutub, habelə diversiya qrupu tərəfindən həmin ərazilərdə dərə boşluqları minalanmaqla basqına cəhd göstərilib:

“Ermənistan tərəfinin bu cür təxribatlara yol verməməklə bağlı çağırışlara məhəl qoymaması sülh quruculuğu prosesinə və beynəlxalq hüququn tələblərinə laqeyd yanaşmanın növbəti göstəricisidir.
Ombudsman olaraq, aidiyyəti beynəlxalq təşkilatları insan hüquqlarına ciddi təhdid yaradan bu kimi hallarla bağlı təsirli tədbirlər görməyə və Ermənistanın təxribatçı əməllərini qəti şəkildə qınamağa çağırıram”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO