Tədris ilinin başlanması ilə Bakı və regionlarda fəaliyyət göstərən məktəblərdə müəllimlər bəzi dərs vəsaitlərində çatışmazlıq yaşandığını bildirirlər.
Bizim.Media xəbər verir ki, Elm və Təhsil Nazirliyi yaranan problemə aydınlıq gətirib.
Nazirlikdən Trend-in sorğusuna cavab olaraq bildirilib ki, dövlət və bələdiyyə ümumi təhsil müəssisələri nazirlik tərəfindən nəşr edilən kağız dərsliklər, dərs vəsaitləri və digər tədris-metodik vasitələrlə yerli təhsili idarəetmə orqanları tərəfindən təqdim olunan proqnoz tələbat əsasında təmin edilirlər.
"Mütəmadi olaraq dərsliklərin çatışmazlığı və bu kimi hallara dair edilmiş müraciətlər Regional Təhsil İdarələri tərəfindən araşdırılaraq aradan qaldırılır", - deyə əlavə edilib.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
15:11 / 22.09.2022
Orta məktəblərdə niyə dərsliklər çatışmır? - AÇIQLAMA
Hazırda oxunan: Orta məktəblərdə niyə dərsliklər çatışmır? - AÇIQLAMA
Hazırda oxunan: Orta məktəblərdə niyə dərsliklər çatışmır? - AÇIQLAMA
95243
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.