Elçin Quliyevin 55 yaşı tamam oldu – Aytəkin Alxaslı general haqqında hansı SİRLƏRİ AÇDI? 

Elçin Quliyevin 55 yaşı tamam oldu – Aytəkin Alxaslı general haqqında hansı SİRLƏRİ AÇDI? 

Hazırda oxunan: Elçin Quliyevin 55 yaşı tamam oldu – Aytəkin Alxaslı general haqqında hansı SİRLƏRİ AÇDI? 

95224

Bu gün DSX-nin rəisi, general-polkovnik Elçin Quliyevin doğum günüdür.

Sərhədlərimizin baş qoruyucusu tam-tamına bu gün 55-ci yubiley yaşını qeyd edir.

Əslində qeyd etmir, çünki onu tanıdığım 31 il boyunca bilirəm ki, Elçin müəllim ad günülərini xüsusi təmtəraqla qeyd etməyi sevmir. 

Düz 55 il bundan əvvəl zəhmətkeş bir sürücü ailəsində doğulan general zəhmətin də, şəxsiyyətin də nə olduğunun fərqində olan insanlardandır. Tabeliyində olan əsgər və zabitlər də onun məhz bu damarını yaxşı bilirlər. Bilirlər ki, Elçin Quliyevin rəğbətini qazanmaq üçün artıq heç nəyə ehtiyac yoxdur: - Ləyaqətli, məsuliyyətli, zəhmətkeş ol, yetər!
Vətən amalı bu məziyyətlərin başında gəlir. Tanışlığımızın 31 ilində çox yoldaşlığımız və söbətlərimiz olub. Onlardan ən unudulmazı 2021-ci il yanvarın 5-dən 6-a keçən gecə Zəngilanda iştirak etdiyim media-turda Elçin Quliyev jurnalist həmkarlarımla birlikdə tonqal başında keçirdiyimiz axşamdır.

Söhbətlərin davamında birdən generalın üzündə qəribə bir ifadə yarandı. O, qürur dolu və duyğulu bir tərzdə söylədi ki, "Azərbaycan xalqı xoşbəxt xalqdır ki, onun İlham Əliyev kimi güclü dövlət rəhbəri var". 

Bu cümlənin dərinliyin bir də ona görə içdən anladım ki, bu həm də yenicə odun-alovun içindən qalib dövlətin generalı kimi çıxmış bir şəxsin etirafı idi.

Bu həm də çoxlu ali görüşlərin iştirakçısı, müxtəlif dövlətlərin siyasi və hərbi gedişlərini yaxşı bilən bir komandirin ən yüksək şüur səviyyəsində dərk etdiyi bir məqam idi.  

Sərhəd Qoşunlarının rəhbəri öz hislərinin, hərəkətlərinin də sınırlarını qorumağı bacaran adamdır. Tanıdığım müddətcə onun həmişə təvazökar davranışları ilə rastlaşmışam. Heç zaman dilindən eşitməmişəm ki, bunu mən etdim, belə etdim.

Amma bu epizodu danışmağımın yeri var. Əslində bu barədə Dövlət Sərhəd Xidməti rəisinin müavini, general-leytenant Əfqan Nağıyev yerli televiziyalara və saytlara müsahibəsində geniş məlumat verib. 
“Hələ 2011-ci ildə Elçin Quliyev ölkədə istismar müddəti bitmiş, el arasında "Kukuruznik" kimi tanınan"AN-2" təyyarələrinin Kənd Təsərrüfatı Nazirliyindən alınması barədə Ali Baş Komandana məruzə edib.

Bu ideya uzaqgörən siyasətçi və sərkərdə olan İlham Əliyev tərəfindən müsbət qarşılanıb. Elə o vaxtdan ölkədəki qurumlardan “Kukuruznik"lərin alınıb DSX-nin balansına verilməsi məhz dövlət başçısının razılığı və birbaşa tapşırığı ilə reallaşıb. 

20 ədəd bu “kukuruznik” Vətən Müharibəsində ermənilərin zenit-raket komplekslərinin yerini müəyyən eləməkdə yardımçı oldu. Bir neçə milyonluq köhnə “AN-2” vasitəsi ilə erməninin milyardlarla dollarlıq hərbi gücü məhv edildi. “S-300”ləri də bu üsulla müəyyən edib sıradan çıxardı Azərbaycan Ordusu. Bu həm də müharibənin yeni taktika ilə uğurlu başlanğıcı oldu.

Bunu təbii ki, təkcə biz deyil, bütün dünya gördü və hərbi dərsliklərdə tədris olunmağa salındı.

Elçin Quliyev isə özünün 55 illik yubileyində paytaxtda, öz kabinetində deyil, bu narahat günlərimizdə yenə də sərhəddə, şəxsi heyətinin yanındadır. Bununla bərabər yaralı qazilərini, 55 sərhədçi şəhidin ailəsini də yalnız buraxmır. Onların dərdi ilə dövlətimiz adından mütamadi maraqlanır.

DSX-nin yenilikçi və döyüşkən səngər generalı kimi Elçin Quliyevə kollektivimiz və öz adımdan can sağlığı arzulayıram. Arzu edirəm ki, tezliklə Ermənistanla sərhədlərimizin delimtasiya işində iştirak edib hər sərhəd dirəyinin ucaldılmasında iştirak etsin!
Bu iş fəxr, ləyaqət, qürur işidir! Elçin Quliyevin özü demiş, “Mən 21 il əvvəl dövlət sərhədinə rəhbərlik tapşırığını xalqımızın ümumilli lideri Heydər Əliyevdən alanda bu işi qüsursuz və fəxarətlə yerinə yetirəcəyimə and içmişəm. Bu işimi Ali Baş Komandan Cənab İlham Əliyevin rəhbərliyi altında da son nəfəsimə kimi qürurla yerinə yetirəcəyəm!”

Aytəkin Alxaslı, Bizim.Media






 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO