Azyaşlının döyülməsi ilə bağlı araşdırma aparılır – Prokurorluq / YENİLƏNİB

Azyaşlının döyülməsi ilə bağlı araşdırma aparılır – Prokurorluq / YENİLƏNİB

Hazırda oxunan: Azyaşlının döyülməsi ilə bağlı araşdırma aparılır – Prokurorluq / YENİLƏNİB

95065

Yevlax rayon prokurorluğunda polisin azyaşlını döyməsi barədə məlumat araşdırılır. 

Bizim.Media xəbər verir ki, bu barədə Baş Prokurorluğun mətbuat xidmətinin məlumatında bildirilib.  

Bildirilib ki, Yevlax şəhəri S. Əliyev adına 1 saylı tam orta məktəbin 4-cü sinif şagirdi Emil Əliyevə (şərti ad və soyad) Yevlax RPŞ-nin təhqiqatçısı, polis kapitanı Vüsal Hüseynov tərəfindən xidmətdən kənar vaxtda fiziki zorakılıq hərəkətlərinin edilməsi faktı ilə bağlı Yevlax rayon prokurorluğunda araşdırma başlanılıb. 

*** 17.42

Yevlax rayonunda yaşayan bir nəfər Rayon Polis Şöbəsinə müraciət edərək azyaşlı oğlunun sinif yoldaşı tərəfindən döyülməsi barədə müraciət edib. 

DİN-in Mətbuat Xidmətinin Bərdə Reginal qrupundan Bizim.Media-ya verilən məlumata görə, rayon sakini olan qarşı tərəf də azyaşlı övladının həmin uşağın polis əməkdaşı olan valideyni tərəfindən döyülməsi barədə müraciət edib. 

Qeyd edilən müraciətlərlə əlaqədar müvafiq ekspertiza təyin olunub, araşdırmalar davam etdirilir.

Araşdırmaların yekunu barədə əlavə məlumat veriləcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO