Mingəçevirdə 31 yaşlı kişi itkin düşüb - FOTO

Mingəçevirdə 31 yaşlı kişi itkin düşüb - FOTO

Hazırda oxunan: Mingəçevirdə 31 yaşlı kişi itkin düşüb - FOTO

95031

Yevlax rayon sakini, 1991-ci il təvəllüdlü Ramin Mahmudov avqustun 31-də yaşadığı ünvandan çıxıb, bir daha geri qayıtmayıb.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Bizim.Media-ya verilən məlumata görə, həmin şəxsin tapılması istiqamətində polis əməkdaşları tərəfindən keçirilən axtarış tədbirləri zamanı onun sonuncu dəfə Mingəçevir şəhəri ərazisindən itkin düşdüyü müəyyən edilib.

Ramin Mahmudovun  əlamətləri - boyu 161 sm, orta bədən quruluşlu, gözlərinin rəngi qəhvəyidir.

Sonuncu dəfə evdən çıxarkən üzərində qara rəngli köynək, boz şalvar və sarı rəngli ayaqqabı olub. Qeyd edək ki, itkin düşən şəxs I qrup əlildir və nitq qüsurludur. 
Şəkildə gördüyünüz şəxsi tanıyanlardan və ya barəsində məlumatı olanlardan DİN “102” Xidməti-Zəng Mərkəzinə, eləcə də Mingəçevir Şəhər Polis Şöbəsinin (024)275-26-04 şəhər və (050) 793-01-02 mobil nömrələrinə zəng edərək məlumat vermələri xahiş olunur.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO