Hərbi texnikamızın üzərindəki hərflərin mənası nədir? – Ekspertdən AÇIQLAMA - FOTO  

Hərbi texnikamızın üzərindəki hərflərin mənası nədir? – Ekspertdən AÇIQLAMA - FOTO  

Hazırda oxunan: Hərbi texnikamızın üzərindəki hərflərin mənası nədir? – Ekspertdən AÇIQLAMA - FOTO  

95027

“Azərbaycan Ordusunun qoşun növləri həm havada, həm də quruda qarşılıqlı əlaqədə olaraq döyüş əməliyyatı keçirib”.

Bizim.Media xəbər verir ki, bu barədə hərbi ekspert Ədalət Verdiyev facebook səhifəsində bildirib.

O qeyd edib ki, hərbi qulluqçuların təhlükəsizliyi və əməliyyatların havadan/qurudan idarəedilməsini asanlaşdırmaq üçün hərbi texnikaların üzərinə bölmələrin (qrupların) adlarının baş hərfləri ilə fərqlənmə nişanları vurulub (texnikaların üstünə və yanlarına).
Ekspert əlavə edib ki, fotolardan göründüyü kimi, adi Z-dən fərqlənməsi üçün bu hərfin ortasından xətt çəkilib:

“Hərbçilərimizin istifadə etdiyi hərflər heç bir ideoloji məna daşımır, yalnız bölmənin adını əks etdirir. Bölmələrimizin adının baş hərfini dəyişməyimiz də mümkün deyil. Kimsə hər hansı bir hərfi ideoloji məqsədlərlə istifadə edirsə, bu, o demək deyil ki, biz həmin hərfləri əlifbamızdan çıxarmalıyıq.

Hesab edirəm ki, döyüşdən qalib olaraq geri qayıdan Azərbaycan əsgərini alqışlamalıyıq, ona ürək-dirək verməliyik, onları gələcək qələbələrə ruhlandırmalıyıq. Ordumuz qürurumuzdur!”
Qeyd edək ki, hərbi texnikaların üzərinə Z hərfinin yazılmasına Rusiyanın Ukrayna ilə apardığı müharibədə geniş rast gəlinir.

Bizim.Media



















© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO