Təhsilverənlərin sertifikatlaşdırılmasının test mərhələsindən uğurla keçən 8766 nəfərdən 59-u müsahibə mərhələsində iştirak etməyib.
Bizim.Media xəbər verir ki, test mərhələsində ümumilikdə 11 133 nəfər təhsilverən iştirak edib və onlardan 8 766 nəfər təhsilverən müəyyənləşdirilmiş keçid balını toplayıb.
12-19 sentyabr tarixlərində keçirilən müsahibələrdə iştirak edən 8707 müəllimdən isə 8676-sı uğur qazanıb. 31 nəfər isə müsahibə mərhələsindən kəsilib.
Qeyd edək ki, sertifikatlaşdırma prosesinə birinci mərhələdə Bakı Şəhəri üzrə Təhsil İdarəsi, Abşeron-Xızı, Quba-Xaçmaz və Gəncə-Daşkəsən Regional Təhsil idarələrinə tabe olan, həmçinin Təhsil Nazirliyinin birbaşa tabeliyindəki ümumi təhsil müəssisələrində çalışan ibtidai sinif müəllimlərinin cəlb olunub.
Bizim.Media
![Sertifikasiyanın müsahibə mərhələsindən kəsilən müəllimlərin SAYI Sertifikasiyanın müsahibə mərhələsindən kəsilən müəllimlərin SAYI](https://bizim.media/file/articles/2022/09/21/1663759493_2e69453d-817e-39ee-bd8f-a6eb78f18d19.jpg)
- A-
- A
- A+
Cəmiyyət
15:23 / 21.09.2022
Sertifikasiyanın müsahibə mərhələsindən kəsilən müəllimlərin SAYI
Hazırda oxunan: Sertifikasiyanın müsahibə mərhələsindən kəsilən müəllimlərin SAYI
Hazırda oxunan: Sertifikasiyanın müsahibə mərhələsindən kəsilən müəllimlərin SAYI
95026
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.